Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Hər il Almaniyada ənənəvi keçirilən karnaval bu il də  rəngli görüntülərin yaranmasına səbəb olub. AzEuroNews.com xəbər verir ki, Reyn çayının keçdiyi şəhərlərdə keçirilən karnavallar 5-ci mövsum olaraq adlandırılıb.

İştirakçı sayına görə ən izdihamlı karnaval yürüşü Almaniyanın dördüncü, Şimali Reyn Vestfaliya əyalətinin isə ən böyük şəhəri olan Kölndə davam edir.

İştirakçılar bu ildə karnavalın ənənəsindən kənara çıxmayıblar. Belə ki, karnavalda qadınlar simvolik olaraq kişilərin qalstuklarını kəsərək hakimiyyəti ələ keçirərərk bələdiyyələri işğal ediblər. 

Məlumat üçün bildirək ki, bu gün karnaval ənənəvi “Çəhrayı Bazar ertəsi” adlı keçidlə davam edəcək. Bu gün siyasi və gündəm hadisələrini əks etdirdiyi kostyumlar geyinən iştirakçıların böyük yürüşü nəzərdə tutulub. 

Karnaval bütün Almaniya ərazisində martın 6-da bitəcək. 

Foto © Muhabirce/AA-MZ/KÖLN