Azərbaycanda enerji içkiləri bahalaşıb.

Oxu.Az-ın əməkdaşı yeni qiymətləri öyrənmək üçün mağazalarda sorğu keçirib.

Məlum olub ki, bazarda geniş yayılmış “Hell Energy” içkisi hazırda iki manata satılır. Qiymət artımından əvvəl isə bu içkinin qiyməti bir manat olub.

“Jaquar” və “Bingo”nun qiymətində də 40-45 faiz artım müşahidə edilir.