Azərbaycan Maliyyə Nazirliyi Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həllinə dair fərmanı ilə əlaqədar olaraq vətəndaşların suallarını cavablandırmaq üçün qurumun saytında xüsusi bölmənin yaradılması üzərində işləyir.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, vətəndaşlarda həmin fərmanla əlaqədar müəyyən suallar yarana bilər.

O bildirib ki, bu xidmət yaxın gələcəkdə işə düşəcək, həmçinin “qaynar xətt” yaradılacaq.