Həbsdən çıxan bloger Mehman Hüseynov mətbuat konfransı keçirəcək.

Modern.az xəbər verir ki,  bu barədə blogerin təsisçisi olduğu “Sancaq Production”da məlumat yayılıb.

Məlumata görə, iki il həbs cəzasından sonra azadlığa çıxan M. Hüseynov martın 5-də mətbuat konfransı keçirəcək.

Görüşə yerli və Azərbaycanda akkreditə olunmuş jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, xarici diplomatik missiyaların nümayəndələri dəvətlidir. Mətbuat konfransında ingilis dilinə tərcümə olacaq.

Bloger həbsdə olduğu müddətdə, eləcə də son iki ayda baş vermiş hadisələrə aydınlıq gətirmək niyyətindədir.

Mətbuat konfransı 5 mart saat 11:00-da Bakı, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 33/1-də (M.Hüseynovun yaşadığı evdə) olacaq.

Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də polisə böhtan atmaq ittihamı ilə mühakimə olunub.