“Forbes”in versiyasına görə 2019-cu ilin ən zəngin qadını “L`Oreal” kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir.

“Qafqazinfo” xəbər verir ki, onun sərvətinin 49,3 milyard dollar olduğu bildirilir. Betankur-Mayers və yaxın qohumları “L`Oreal”ın səhmlərinin 33 faizinə sahibdirlər. Mayers şirkətin qurucusu olan Ejen Şullerin yeganə nəvəsidir. 

Ötən il şirkətin səhmlərinin bahalaşması sayəsində onun sərvəti 7,1 milyard və ya 17 faiz artıb. Planetin zəngin insanlarının ümumi reytinqində isə Mayers 15-ci cərgədədir.

Nəşr bütün siyahını sabah açıqlayacaq.