Fərhad Çağtürk / AzEuroNews.com ➤ Hollandiyada bir məscidə hücum edilib, qapısına Həzrəti Məhəmməd peyğəmbərin və Qurani-Kərimin maketi buraxılıb. AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Lahey şəhərində qeydə alınıb. Belə ki, sübh namazı vaxtı kimliyi bilinməyən şəxs və ya şəxslər məscidin giriş qapısının önünə Məhəmməd peyğəmbərin və Qurani-Kərimin plakatını buraxıblar. Bir posterdə isə, İslam peyğəmbəri təhqir olunub. 

HOLLANDA’NIN LAHEY ŞEHRİNDEKİ AS SOENNAH CAMİİNİN KAPISINA KURANI KERİM VE PEYGAMBER EFENDİMİZE HAKARET İÇEREN PANKART VE MAKET BIRAKILDI. (HALİL UYGUN/LAHEY-İHA)

Məscidin imamı hadisə ilə bağlı Lahey şəhər polisinə məlumat verib. Hadisə yerinə gələn polis ətrafdakı obyektlərin təhlükəsizlk kameralarının görüntülərini götürüb. Hazırda faktla bağlı araşdırma aparılır.