Sevindik Hətəmov
Sevindik Hətəmov


AzEuroNews.com ➤ Şirvanlı ictimai xadim, 61 yaşlı əlil sahibkar Qurbanxan Dəmirov Şirvan-Salyan avtomobil yolunun Qarabağlı kənd ərazisindən keçən hissəsinin bərbad olmasıyla bağlı prezident İlham Əliyevə müraciət edib. AzEuroNews.com xəbər verir ki, sahibkar videomüraciəti “Facebook”da “Bizim Salyan” səhifəsi vasitəsi ilə yayıb.

Q.Dəmirov müraciətində bildirib ki, Salyan-Şirvan yolu bərbad gündəndir. Xüsusilə, Qarabağlı kəndi ərazisindən keçən hissədə yol adına nədənsə danışmaq olmur: “61 yaşım var, qatı Heydərçiyəm. Regionda bütün əsas idarələr Salyandadır. Demək olar ki, hər gün Şirvandan Salyana gedirik. Bu yolda heç vaxt təmir işləri aparılmayıb. Təmirə başladılar sevindik. İndi bir-iki ay işləyib yoxa çıxırlar. Nə sirrdirsə bu yolun təmiri yekunlaşmır. Yola ayrılan pulları kim yeyir bilinmir. Qarabağlı kəndi Azərbaycanın ən böyük kəndlərindəndir. 20 min əhalisi, 4 məktəbi var. Uşaqlar məktəbə gedib-gələ bilmir. Qarabağlıdan Salyan rayon mərkəzinə cəmi 30 kilometrdir. Normalda 15 dəqiqəlik yoldur amma, biz bu yolu 1 saatdan da çox bir vaxtda gedirik. Yolla paralel su kanalını qazıb palçığını yola töküblər. Kim edir bunları? Niyə nəzarət etmirlər?”.

Sahibkar deyir ki, Sevindik Hətəmov rayona icra başçısı olanda seviniblər: “Cənab prezident, Sevindik müəllim gələndə sevindik ki, yəqin o, Tahir müəllimdən (keçmi icra başçısı Tahir Kərimovu nəzərdə tutur- red) qalan problemləri həll edəcək. Mən inanıram ki, cənab prezidentin özü olmasa da yanında çalışanlar bu videonu izləyib ona məlumat verəcəklər. Prezident də Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədova göstərişi verəcək. Bu yolun çəklişinə görə qurban demişəm, nəzir paylayacam”.