Bazar ertəsi bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin işində problem müşahidə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Downdetector” xidməti məlumat yayıb.

“ABŞ-ın şərq sahilində 16:13-dən “Instagram”ın işində problemlər müşahidə olunur”, – deyə məlumatda bildirilir.

Sosial şəbəkənin işindən daha çox Avstriya, Almaniya, İspaniya, Niderlan və Fransada yaşayan istifadəçilər şikayətləniblər. Problemlər həmçinin İtaliya, Polşa, ABŞ, Türkiyə və İsveçdə də qeydə alınıb.