Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2019-cu il üçün növbəti iclası keçiriləcək.

Komissiyadan Modern.az-a verilən məlumata görə, iclasda daxil olan müraciətlərə baxılacaq, müzakirələr aparılacaq.

Qeyd edilib ki, Əfv Komissiyasının katibliyi və əfv sektoru daim işləyir, mütəmadi olaraq müraciətləri qəbul edir. Ümumilikdə Komissiyaya 1000-dən artıq müraciətin daxil olduğu bildirilib.

Xatırladaq ki, 2018-ci ilin may ayında Cümhuriyyətin 100 illiyilə bağlı Prezident tərəfindən imzalanan böyük əfv sərəncamı ilə 634 məhkum  cəzadan azad edilib. Onlardan 609 nəfər azadlıqdan məhrumetmə cəzasının qalan hissədindən azad olunub.

Bu il Novruz bayramı ərəfəsində ölkə Prezidenti tərəfindən humanist addımların davamı olaraq, növbəti əfv sərəncamının imzalanacağı gözlənilir.