Fərhad Çağtürk / AzEuroNews.com ➤ Avstriyada evinin zirzəmisini Hitler muzeyi edən şəxs həbs edilib. AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Klagenfurt şəhərində qeydə alınıb. Belə ki, 75 yaşlı Avstriya vətəndaşı evinin zirzəmisini muzeyə çevirib. O, yaratdığı muzeydə  Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP)  və partiya lideri Adolf Hitlerə aid müxtəlif eksponatlar sərgiləyirmiş.

Məhkəmə çıxarılan və hələlik kimliyi açıqlanmayan 75 yaşlı kişi bildirib ki, təxminən 50 ildir bu işlə məşğuldur. O, İkinci Dünya Müharibəsindən qalan əşyalari xüsusilə, basdırılan silah-sursatları evinin zirzəmisində yaratdığı muzeydə toplayaraq sərgiləyirmiş.

Avstriya polisi muzeydəki eksponatların hamısını müsadirə edib.