Müğənni Mənzurə Musayeva avtomobil qəzası keçirib. 

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Şou ATV” verilişində deyib. Mənzurə bildirib ki, hazırda avtomobilsiz qalıb:

“Ayda iki dəfə qəzaya düşdüm. Birində mən vurmuşdum. İndi isə gəlib mənim maşını vurdular. Hazırda maşınsız qalmışam. Avtomobilim çox əzildi, özümə heç nə olmadı. Altıncı hissim güclüdür, hiss edirəm ki, qəza keçirəcəm. Elə helə də oldu”.