Rauf Babayev/AzEuroNews.com/Amsterdam ➤  Hollandiya hökuməti Türkiyədə mal varlığı olan iki min nəfərin sosial yardımının kəsilməsi ilə bağlı çalışmalara başlayıb. AzEuroNews.com xəbər verir ki, hökumətin apardığı araşdırmalar zamanı məlum olub ki, hazırda Türkiyədə gəlir gətirə biləcək mal varlığı olan 12 min şəxs Hollandiyadan sosial yardım alır. 

Hökumətin qərarında qeyd olunur ki, gəlir gətirə biləcək mal varlığı olan şəxslər müəyyən edildikdən sonra onlara ödənən sosial yardım kəsilməlidir. Daha sonra həmin şəxslər indiyə qədər dövlətdən aldıqları sosial yardımları geri qaytarmalıdırlar. Eyni zamanda şəxsin Holladiya hökumətinə ödəyəcəyi cərimə (indiyə qədər aldığı sosial yardım – red) Türkiyədəki mal varlığının dəyərindən çoxdursa həmin şəxs hökumətə heç bir ödəniş etməyərək sosial yardım almağa davam edə bilər. Qərarda vurğulanır ki, nağd 6 min avrosu olmayan şəxslər (Bank hesablarındakı məbləğ nəzərdə tutulur – red) də sosial yardım üçün müraciət etmək hüququna malikdirlər.