Amerikanın televiziya ulduzu, tanınmış model Kayli Cenner dünyanın ən gənc milyarder qadını seçilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Forbes” jurnalının hesabatında bildirilir.

Məlumata görə, 21 yaşlı Cenner bir il ərzində 1 milyard dollar qazanıb. Buna qədər bu rekord Feysbukun sahibi Mark Tsukerberqə məxsus olub. Belə ki, o, 23 yaşında milyarder olub.