Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması  ilə əlaqədar 06 mart 2019-cu il tarixində gecə saatlarınadək Bakı şəhəri Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi dayandırılacaq.

Modern.az xəbər verir ki, yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.