UEFA Çempionlar Liqasında (ÇL) üçüncü 1/4 finalçı komandanın adına aydınlıq gəlib.

Oxu.Az xəbər verir ki, İngiltərədə 0:2 hesabı ilə uduzmuş “Mançester Yunayted” çətin olan işi bacarıb.

“Qırmızı şeytanlar” Paris səfərində PSJ-ni 3:1 məğlub etməklə 1/4 finala vəsiqə qazanıb. 90+4-cü dəqiqədə Markus Rəşfordun penaltidən vurduğu qol görüşün əlavə vaxta daşınmasının qarşısını alıb.