Ukrayna Türkiyədən “Bayraktar TB2” pilotsuz uçan aparatlar (PUA) alıb. Tezliklə onların sınaqlarına başlanılacaq. 

“İnterfaks-Ukrayna”nın məlumatına görə, ölkə prezidenti Petro Poroşenko bildirib ki, yanvar ayında Türkiyə ilə PUA tədarükünə dair saziş imzalanıb.

“Bu yeni zərbə dronları operativ taktiki səviyyədə olmaqla yanaşı, müasir, yüksək dəqiqliyə malik raketlərlə təchiz oluna bilər. “BayraktarTB2” zirehli maşınları, dəniz hədəflərini, hərbi mühəndis qurğularını məhv edəcək gücə malikdir”.