Kayli Cennerin “Forbes” tərəfindən “Ən gənc milyarder qadın” elan edilməsi Kardaşyan-Cenner ailəsində problemlər yaradıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Radar Online” xəbər portalı məlumat yayıb. 

Bildirilib ki, ailənin ən parlaq siması Kim Kardaşyan bacısının ondan daha çox pul qazanmasından narahat olub. Kaylini qısqanan Kim məsələdə anası Kris Cenneri günahkar çıxarıb. Kardaşyan anasının daha çox kiçik bacısı ilə məşğul olduğunu, onu arxa plana atdığını bildirib. 

Bu məqamda bildirək ki, bacılar arasında rəqabət illər əvvəl başlayıb. Belə ki, Kardaşyanın qısqanclığı Kaylinin onun kimi kosmetika firması açmasından sonra başlayıb. Cennerin sözügedən brendi böyük səs-küy yaradaraq Kimin markasını geridə qoyub. 

Xatırladaq ki, Kardaşyan model bacısı Kendall Cenerlə də qalmaqal yaşamışdı.