Azərbaycan hökuməti Almaniyanın məşhur avtomobil istehsalçıları olan “Mercedes-Benz” və BMW şirkətləri ilə əməkdaşlıq barədə danışıqlar aparır.

Bu barədə “Ölkə.Az”a hökumətdəki mənbə bildirib. 

Onun sözlərinə görə, söhbət həmin avtomobillərin ehtiyat hissələrinin Azərbaycanda istehsal olunmasından gedir. Hazırda alman tərəfi rəsmi Bakının bununla bağlı təqdim etdiyi təklifləri nəzərdən keçirir. Əgər təkliflər qəbul edilərsə, istehsala başlanılacaq.