Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Avrpa Birliyi (AB) ölkələri 2017-ci ildə 825 min nəfərə vətəndaşlıq verib. AzEuroNews.com xəbər verir ki, bu barədə Avropa Statistika Ofisi (Eurostat) məlumat yayıb. Məlumatda deyilir ki, vətəndaşlıq verilən şəxslərin 83 %-i qeyri AB ölkələri vətəndaşları və vətəndaşlığı olmayan şəxslərdir. 

AB ölkələrinin vətəndaşlığı alanlar sırasında ilk yerləri Mərakeş, Hindistan, Rumıniya,Pakistan və Türkiyə vətəndaşları tutur. 

Məlumatda deyilir ki, 2017-ci ildə 29 900 Türkiyə vətəndaşı AB ölkələrinin vətəndaşlığını qəbul edib.