Foto © “Bild” qəzetinin kağız versiyasından götürülüb
Foto © “Bild” qəzetinin kağız versiyasından götürülüb


Fərhad Çağtürk / AzEuroNews.com  ➤  Şəkildəki 6 yaşlı Hasna ötən həftə Suriyanın İdlib şəhərinə atılan bombadan sonra dağıntıların altından sağ çıxarılıb. 

Hasnanın 4 yaşlı bacısı Elaph və iki yaşlı qardaşı Hasan dağıntılar altında qalaraq can veriblər. 

Suriyada hər gün onlarla uşaq atılan bombalar nəticəsində dağıntılar altında qalaraq can verir.  

 Foto ©  “Bild” qəzetinin kağız versiyasından götürülüb
Foto © “Bild” qəzetinin kağız versiyasından götürülüb

6 yaşlı Hasnanın atası Abderrazak K. deyir ki, diktator Bəşər Əsəd üç uşaq atasıdır və onlar lüks və təhlükəsiz yaşayırlar: “İki uşağım Bəşər Əsədin qurbanı oldu. 6 yaşlı qızım ötən həftə dağıtıların altından sağ çıxarıldı. Hazırda xəstəxanadadır. 27 yaşım var. Evimiz yerlə-yeksən edilib. Ərzq sıxıntısı çəkirik. Plastik qabları toplayıb sataraq gündəlik yemək almağa çalışıram. Həyat yoldaşım xəstəxanadadır və uşaqlara mən baxmalıyam. Artıq onlardan ikisini torpağa tapşırdım”.

 Abderrazak deyir ki, dünya Suriyada uşaqların qətlə yetirilməsinə susur: “Başqa vaxt bir itin ölümünə görə ayağa qalxan, reaksiya verən dövlətlər Suriyada olanları görməzlikdən gəlirlər”.

İdlib Suriyanın böyük şəhərlərindən sayılır. Təxminən 2.5 milyon əhalisi var. Müharibəyə görə şəhərin 80-90 %-i boşalıb. İndiyə kimi Suriyada 560 000 nəfər qətlə yetirilib. Milyonlarla suriyalı ölkədən qaçaraq Avropa dövlətlərinə üz tutublar.