Foto © Haberle.com
Foto © Haberle.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Telefonla Almaniya vətəndaşlarına zəng vuraraq “Türkiyədən pul qazandınız”, “Avtomobil qazandınız” deyərək aldadan və polis tərəfindən saxlanılan 75 nəfərdən 5-i həbs edilib. AzEuroNews.com xəbər verir ki, Türkiyənin 6 şəhərində keçirilən əməliyyat zamanı Almaniya vətəndaşlarına qarşı dələduzluq edən 75 nəfər saxlanılıb. 

Polisin əməliyyatına səbəb isə, Almaniyanın Traunstein şəhər polisinin bir çağrı mərkəzinə basqını olub. Araşdırmalar zamanı məlum olub ki, çağrı mərkəzinin əsas ofisləri Türkiyənin müxtəlif şəhərlərindədir. Onlar birlikdə çalışaraq təxminən 300 min Almaniya vətəndaşına qarşı dələduzluq edibiblər. Əvvəlcədən vergi ödənişi adı altında almanlardan təxminən 1,5 milyon avro toplanıb. 

Türkiyənin Dənizli və ona yaxın daha 6 şəhərində keçirilən əməliyyat zamanı şəbəkəsə aid evlərə basqın edilib. Basqınlar zamanı evlərdən çox sayda Almaniya vətəndaşlarının bank hesablarının yazıldığı dəftərlər, müxtəlif şirkətlərə aid fakturalar və almanca danışıq kitabları müsadirə edilib. 

Aparılan araşdırma zamanı məlum olub ki, qrup eyni zamanda istənməyən telefon cihazlarını əngəlləyən və əslində çalışmayan elektron cihazları 100 avrodan sataraq qazanc əldə ediblər.