Sosial şəbəkədə yayılan xəbərlərə görə, bir müddət əvvəl həbs olunan prodüser Təranə Səmədova cəzaçəkmə müəssəsində özünü ülgüclə doğrayaraq intihara cəhd edib. 
AzEuroNews.com Baku.ws-ə istinadən xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ictimaiyyətlə əlaqələr şöbəsi ilə saxlanıldı.
Şöbədən bildirdilər ki, yayılan informasiyanın heç bir əsası yoxdur:
“Hazırda Penitensiar Xidmətin əməkdaşları qadınların cəzaçəkmə müəssəsindədir. Orada xanım məhbusların bayramını təbrik etmək məqsədi ilə şənlik təşkil edilib. Həmin şənlikdə Təranə Səmədova da iştirak edir”. 
Xatırladaq ki, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunan T. Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib.