“Real”ın futbolçusu Marselo “Yuventus”la razılığa gəlib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yayda tərəflər arasında 4 illik müqavilə imzalanacaq. Razılığa əsasən, braziliyalı müdafiəçi yeni klubunda ilinə 12 milyon avro qazanacaq.

Qeyd edək ki, Marselo bu mövsüm La Liqada cəmi 13 matçda iştirak edib. Onun Madrid təmsilçisi ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.