Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Almaniyanın Köln şəhərində yürüş aksiyası keçirilib. AzEuroNews.com xəbər verir ki, “NAR” qadınlar və qızlar üçün ümid  işığı ictimai birliyi tərəfindən təşkil olunan yürüş askiyası Köln kafedralı önündən başlayıb.

Aksiya iştirakçıları əllərində müxtəlif şüarlar yazılan plakatlar tutaraq mərkəzi küçələrə doğru irəliləyiblər. 

Onlar dünyada qadınların şiddətə məruz qalmasınına, iş tapa bilməmələrinə diqqət çəkiblər. 

Aksiya Köln Polis Təşkilatı ilə əvvəlcədən razılaşdırılıb. Polis əməkdaşları həm avtomobil, həm də velosipedlərlə aksiya iştirakçılarının təhlükəsizliyini təmin ediblər.

Yürüş aksiyası ətrafdakıların marağına səbəb olub, hər hansı bir insident yaşanmayıb.