Fərhad Çağtürk / AzEuroNews.com  ➤Almaniyada yaşayan həmvətənlərimiz Novruz bayramı ərəfəsində “Bahar qızları” aksiyası keçirəcək.Təşkilatçılar tanınmış xanəndə Vüsalə Musayeva və jurnalist Tünzalə Rafiqqızından AzEuroNews.com-a daxil olan məlumata deyilir ki, “Bahar qızları” aksiyası Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin paytaxtı Düsseldorf şəhərində, martın 17-i saat 12:00-dan 14:00-a qədər təşkil olunacaq.

“Hər birinizi bu aksiyada iştirak etməyə dəvət edirik. Xanımlar, hərə bir xonça düzəldib bu aksiyada iştirak edə bilərsiniz. Gəlin öz milli adətlərimizi digər xalqlara tanıdaq. Yaxşı olar ki, üzərinizdə milli arnomentler daşıyan kəlağayı, milli geyimlər olsun. Amma yoxdursa da, eyb etməz, əsas iştirak etməkdir. Yolunuzu gözləyəcəyik. Düsseldorf mərkəzi vağzalında (Haubtbahnhof). Ümid edirəm səsimizə səs verən olacaq. Ayrıca alman dilini mükəmməl bilən xanımlar da olsa şad olarıq” deyə təşkilatçılardan V.Musayeva söyləyib.