Martın 10-da İngiltərə Premyer Liqasında XXX turun mərkəzi qarşılaşmasında “Arsenal” “Mançester Yunayted”ə qalib gəlib. 

“Qafqazinfo” xəbər verir ki, oyun 2:0 London təmsilçilərinin xeyrinə başa çatıb. “Arsenal”ın tərkibində Qranit Caka və Pyer-Emerik Obameyanq fərqləniblər. 

Bu, “Mançester Yunayted”in Ole Qunnar Sulşerin rəhbərliyi altında İngiltərə Premyer Liqasındakı ilk məğlubiyyətidir. 

Qələbə nəticəsində xalların sayını 60-a çatdıran “Arsenal” turnir cədvəlində dördüncü yerə yüksəlib, “Mançester Yunayted” isə 58 xalla beşinci pilləyə enib.