Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Avropa ölkələrindən xüsusilə, Almaniyadan sığınacaq istəyən Azərbaycan vətəndaşlarından Bolqarıstan və Rumıniya kimi ölkələrin pasportlarını əldə edənlərin sayı artıb. AzEuroNews.comxəbər verir ki, müxtəlif səbəblərlə Avropa ölkələrinə gələn həmvətənlərimiz sığınacaq üçün müraciət edən zaman Bolqarıstan və Rumıniya kimi ölkələrin pasportlarını təqdim edirlər. 

Əlövsət Əliyev
Əlövsət Əliyev

Mövzu ilə bağlı şərh verən Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzinin rəhbəri, hüquqşünas Əlövsət Əliyev bildirib ki, həmin pasportların həqiqiliyi şühə doğurur.

“Azərbaycanda həqiqi problemləri olan lakin, Avropada yaşamaq icazəsi ala bilməyən bəzi soydaşlarımız deportasiyadan xilas olmaq üçün qanunsuzluqlara əl atmaq məcburiyyətində qalırlar. Bəzi işbazlar onların düşdüyü vəziyyətdən istifadə edərək həmin şəxsləri aldadaraq onlara Bolqarıstan və ya Rumuniya sənədi hazırlatmağı tövsiyə edir və bəzən buna nail olurlar. Həmvətənlərimizə belə qanunsuzluğa getməmələrini məsləhət görür və həmin sənədlərdən istifadənin cinayət məsuliyyəti yaratdığını diqqətlərinə çatdırmaq istəyirəm” – deyə Ə. Əliyev vurğulayıb.