“Bu il Xocalının 27-ci ildönümünü xaricdə yaşayan azərbaycanlılar digər müxtəlif xalqlarla birlikdə keçirdilər. Yəhudi dostlarımız da bu işdə fəal iştirak ediblər.”

Fuad Muradov / Foto © Trend.az
Fuad Muradov / Foto © Trend.az

AzEuroNews.com xəbər verir ki, bu sözləri Bakı Kitab Mərkəzində “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” adlı kitabın təqdimatı zamanı ASAN Radioya müsahibəsində  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib:

“Azərbaycan tolerantlığı baxımından dünyanın nadir ölkələrdəndir. Bu da təbii ki, cənab prezidentin yaratdığı şəraitdir. Müxtəlif xalqların nümayəndələri ölkəmizdə özlərini rahat hiss edirlər. Bu bizi sevindirir.”

Fuad Muradov həmçinin Diaspora Komitəsi olaraq, təkcə xaricdə yaşayan azərbaycanlılar deyil, eyni zamanda digər xalqların da Azərbaycanda yaşaması üçün həyata keçirdiyi işlərə dəstək olmaq istədiklərini bildirdi:

“Bizim bu gün xaricdə, xüsusən ABŞ-da, Avropa ölkələrində yaşayan diasporanın aparıcı qüvvəsinə, məhz Azərbaycandan vaxtilə Azərbaycan mədəniyyətinə, incəsənətinə böyük dəstəyi olmuş, bu xalqların müxtəlifliyinə zənginlik gətirən bizim yəhudi qardaşlarımızdır.”