Müstəqillik illərində cinayəkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifələrini yerinə yetirərkən 99 polis əməkdaşı və hərbi qulluqçu həlak olub, 2613 nəfər xəsarət alıb.

APA-nnı məlumatına görə, bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, genera-polkovnik Ramil Usubov söyləyib.

R. Usubov deyib ki, 1988-ci ildə Ermənistanın hərbli təcavüzünə qarşı ilk olaraq rəşadətlə döyüşən yeganə nizami qüvvə  milis,  sonrakı illərdə isə Daxili Qoşun hissələri olub. Bu döyüşlərdə DİN-in 1695 əməkdaşı və hərbi qulluqçusu şəhid olub, 1710 nəfər yaralanıb. Göstərdiyi şücaət və igidliyə görə 67 nəfər Milli Qəhrəman adına, 1143 nəfər orden və medallara layiq görülüb.