Aparıcı Acun Ilıcalının sahibi olduğu TV 8-i satması haqda iddialar yayılıb.

Axşam.az-ın məlumatına görə, kanalı “Medicalpark”ın aldığı bildirilib. 

Lakin Ilıcalı mövzu barədə açıqlama verib və bu sözləri deyib:

“Bu barədə gələn təkliflər çoxdur. Amma kanalı almaq istəyənlər arasında adıçəkilən şirkət yoxdur”.

Qeyd edək ki, Mahmut Karakeçilinin sahib olduğu “Maxam Holding” də TV 8-i almaq istəyənlər arasındadır.