Foto © Mehmet Tekin
Foto © Mehmet Tekin

Fərhad Çağtürk / AzEuroNews.com ➤  Ötən gün Almaniyada baş verən güclü fırtına ölkədə dağıntılara səbəb olub.

AzEuroNews.com-un məlumatına görə, güclü fırtına ən çox ölkənin Şimali Reyn Vestifaliya əyalətinə ziyan vurub.

Qatar reysləri təxirə salınıb. Sərnişinlər vağzalda qalmalı olublar. Ölkənin böyük hava limanlarından olan Düsseldorf və Köln aeroportlarında təyyarələrin eniş-qalxışı çətinləşib.

İqtisadiyyat Nazirliyindən verilən məluamat görə, fırtına Almaniyaya 800 milyon avro ziyan vurub. 

Fırtınadan sonra 20 mindən çox yanğınsöndürən ziyanın aradan qaldırılmasına cəlb olunub. 

Bu gündən Almaniyada qatar və təyyarə reysləri qaydasına düşüb.