Bu gecə UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşəcək.
Modern.az xəbər verir ki, 1/8 finalın cavab oyununda “Yuventus” “Atletiko”nu, “Mançester Siti” isə “Şalke”ni qəbul edəcək. 

Komandalar arasında keçirilən ilk görüşdə “Yuventus” “Atletiko”ya 0:2, “Şalke” isə ingilislərə 2:3 hesabı ilə məğlub olmuşdu.


Çempionlar Liqası

1/8 finalın cavab oyunları

12 mart

00:00. “Yuventus” – “Atletiko”
İlk oyun – 0:2

00:00. “Mançester Siti” – “Şalke”
İlk oyun – 3:2


13 mart


00:00. “Barselona” – “Lion”
İlk oyun – 0:0

00:00. “Bavariya” – “Liverpul”
İlk oyun – 0:0

Xatırladaq ki, “Mançester Yunayted”, “Ayaks”, “Tottenhem” və “Portu” 1/4 finala yüksəlib.