Rauf Babayev/ AzEuroNews.com  ➤ Belçikada məscid tikintisi şikayətlərə görə dayandırılıb. AzEuroNews.com xəbər verir ki, hadisə ölkənin Hasselt şəhərində qeydə alınıb. Belə ki, Belçikanın Flaman bölgəsində ən böyük məscid olacaq “Badr camesi”nin inşası ötən gün dayandırılıb. 

Yerli bələdiyyədən məscid rəhbərliyinə bildirilib ki, ərazidə yaşayan sakinlər tərəfindən çoxlu sayda şikayət daxil olub.  Sakinlər bu bölgədə bir məscidin inşa edilməsini istəmədiklərini bildiriblər. 

Ötən gün əraziyə gələn yerli bələdiyyə və polis əməkdaşları tikintinin dayandırılmasını tələb ediblər. Tikintidə çalışanlar ərazidən uzaqlaşdırıldıqdan sonra polis postu qurulub. 

Məlumat üçün bildirək ki, Flaman bölgəsinin ən böyük məscidi mərakeşli iş adamlarının vəsaiti hesabına inşa edilirmiş.