Lamiyə Məmmədova / AzEuroNews.com / Paris ➤  Fransa hökuməti məktəblərdə dəcəllik edən uşaqlara görə ailələrə ödənilən yardımın kəsilməsi qərarını ləğv edib. AzEuroNews.com xəbər verir ki, hazırda hökumət uşaqlara görə valideynləri cəzalandırmaqda qərarlıdır. Belə ki, hökumətin qərarı ilə məktəblərdə davranış qaydaları ciddi şəkildə pozan şagirdlərin valideynləri pul cəriməsi ödəyə bilər. 

Yeni qərarda göstərilib ki, pul cəriməsi 13 yaşından böyük olan məktəblilərin valideynləri ilə bərabər özlərinə də tətbiq oluna bilər. 

Fransa Təhsil Nazirliyindən verilən açıqlamaya görə isə, məktəblərdə davranış qaydalarına əməl etməyən şagirdlərin hamısı xüsusi məktəblərdə toplanacaq. 

Məlumat üçün bildirək ki, Fransanın Creteil şəhərində bir şagirdin müəlimi silahla hədələməsindən sonra ölkənin təhsil nazirliyi belə hallara görə, valideynlərə ödənilən yardım kəsilməsi ilə bağlı təklis paketi hazırlayaraq hökumətə təqdim etmişdi.