Türkiyəli müğənni Hadisənin həmkarı Orhan Ölməzlə sevgili olduğu iddia olunur.

“Ölkə.Az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, “O səs Türkiyə” proqramının finalından sonra Hadisə sosial media paylaşımları ilə gündəm olmağa davam edir. O, makiyajsız fotolarından sonra bu dəfə Orhan Ölməzin “Səni çox sevəcəyəm” adlı yeni mahnısını İnstaqram hesabında izləyiciləri ilə bölüşüb. Bu paylaşımı isə Orhan ürək qoyaraq öz hesabında yerləşdirib. Bu isə məhşurlar arasında eşq şayələrinin yayılmasına səbəb olub.

Sosial media istifadəçiləri isə “Deyəsən Hadisə axırki axtardığı sevgini Orhan Ölməzdə tapıb” şərhləri yazıblar.