Ötən gecə UEFA Çempionlar Liqasında 1/4 finalın daha iki iştirakçısı müəyyənləşib.
Modern.az xəbər verir ki, 1/8 finalın cavab oyununda “Yuventus” “Atletiko”nu, “Mançester Siti” isə “Şalke”ni qəbul edib.

Turində keçirilən görüşdə “qoca sinyora”a Madrid məğlubiyyətinin (0:2) əvəzini artıqlaması ilə çıxıb. Kriştiano Ronaldonun het-triki “Yuventus”u növbəti mərhələyə yüksəlib. 

“Mançester Siti” isə ilk görüşdə 3:2 üstələdiyini rəqibinə qarşı bu dəfə daha amansız olub. “Şəhərlilər” 7 cavabsız qolla növbəti mərhələyə yüksəlib.


Çempionlar Liqası

1/8 finalın cavab oyunları

12 mart

 “Yuventus” – “Atletiko” – 3:0
Qollar: 
Ronaldo, 27, 49, 86-pen.
İlk oyun – 0:2


“Mançester Siti” – “Şalke” – 7:0 
Qollar: 
Aquero, 35-pen. 38, Sane, 42, Sterlinq, 57, B.Silva, 71, Foden, 78, Jsusu, 84
İlk oyun – 3:2


13 mart


00:00. “Barselona” – “Lion”
İlk oyun – 0:0

00:00. “Bavariya” – “Liverpul”
İlk oyun – 0:0


Xatırladaq ki, “Mançester Yunayted”, “Ayaks”, “Tottenhem” və “Portu” 1/4 finala yüksəlib.