“Samsung Galaxy S10” üz tanıma sistemini rahatlıqla aldatmağın mümkün olduğunu aşkar ediblər.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, istifadəçilər smartfonu blokdan çıxartmaq üçün smartfon sahibinin üzünün əks olunduğu fotonu ön kameraya yaxınlaşdırıblar və kilidi açıblar.

Məlumata görə, üz tanıma sistemini smartfon sahibinin üzünün əks olunduğu video vasitəsilə də aldatmaq mümkündür.

Bununla yanaşı məlum olub ki, bu texnologiya həm də istifadəçinin cinsini də tanıya bilmir. Belə ki, Honkonqdan olan Ceyn Vong adlı qadın bloqqerin sözlərinə əsasən o, qardaşının “Galaxy S10” modelini öz üzünü skan edərək blokdan çıxara bilib.