Ermənistanda hərbi qulluqçu ölüb.

Trend-in məlumatına görə, bunu Ermənistan müdafiə nazirinin mətbuat katibi Artsrun Hovanisyan deyib.

N saylı hərbi hissənin 2000-ci il təvəllüdlü sıravi – feldşeri Hamlet Avaqvan güllə yarasından həlak olub.

Fakt araşdırılır.

Qeyd edək ki, ötən gün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış hərbi hissələrdən birinin döyüş mövqeyində 2000-ci il təvəllüdlü müddətli hərbi xidmət hərbi qulluqçuçu Karen Karapetyanın meyiti tapılıb.

Onun hələ məlum olmayan şəraitdə aldığı güllə yaralarından öldüyü bildirilir.