Çempionlar Liqasının 1/8 finalının yekun oyununda “Bavariya” “Liverpul”u qəbul edir. 

“Qafqazinfo” xəbər verir ki, 26-cı dəqiqədə Manenin vurduğu qolla “Liverpul” hesabı açır.

Matçın 39-cu dəqiqəsində Matipin avtoqolu sayəsində hesab bərabərləşir. 

***

İkinci hissəsinin 69-cu dəqiqəsində Van Deykin vurduğu qolla “Liverpul” 2:1 önə keçir.

***

84-cü dəqiqədə Sadio Manenin qolu ilə “Liverpul” 3:1 hesabla oyundan qalib ayrılır.