Foto © Gerd Altmann / pixabay.com
Foto © Gerd Altmann / pixabay.com


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Türkiyədəki suriyalılara görə rəsmi Ankaraya yeni ödənişin ediləcəyini açıqlayıb. AzEuroNews.com xəbər verir ki, Moqerni Türkiyədəki suriyalılar üçün ayrılan ikinci 3 milyard avronun 1,5 milyardını köçürəcəklərini təsdiq edib. 

Almaniyanın xarici işlər naziri Heiko Maas isə bildirib ki, təkcə Almaniya suriyalı qaçqınlara 1,44 milyard avro ayıracaq. 

“8 ildir Suriyada baş verənlərdən sonra insanların acısı hələ də keçməyib. Bu torpqlarda düşmənçilik davam etməməlidir. Suriyaya qayıdış üçün hər şey hazır olana qədər qaçqınların qonaq olduqları ölkələrə yardım edəcəyik” deyə H.Maas vurğulayıb.