Andrey Blaqodırenko
Andrey Blaqodırenko


Fərhad Çağtürk / AzEuroNews.com  ➤ Bu gün “Sputnik Azərbaycan”da təcili toplantı olub. AzEuroNews.com-un əldə etdiyi məlumata görə, toplantını Moskvadan gələn, bölgələr üzrə rəhbər Andrey Blaqodırenko aparıb. Blaqodırenko “Sputnik”in əsas fiquru olan Marqarita Simonyanın həyat yoldaşıdır. Blaqodırenko iclasda bildirib ki, Azərbaycanda Mətin Yaşaroğlunun istefası ilə bağlı qaldırılan ajiotaja heç bir önəm vermir: “Sputnik” Qarabağla bağlı kursunda heç bir dəyişiklik etməyəcək. Azərbaycan hakimiyyətinin “Sputnik”i bağlamağa, Əziz Əliyevi də kənarlaşdırmağa heç kəsin gücü çata bilməz”.

“Biz Rusiyanı təmsil edirik və Qarabağ və digər məsələlərlə bağlı siyasəti biz müəyyən edirik, sizin hakimiyyət yox”, -deyə Blaqodırenko vurğulayıb.

“Sputnik Azərbaycan” rəhbərliyinin məsələ ilə bağlı mövqeyini öyrənmək cəhdlərimiz heç cürə alınmayıb. Qarşı tərəfi də dinləyib, mövqelərini olduğu kimi dərc etməyə hazırıq.