Simvolik foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com
Simvolik foto © Fərahim İlqaroğlu/ AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Yeni Zellandiyanın Krist Çürç vilayətində məsciddə baş verən terror aktından sonra Avropadakı camelərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

AzEuroNews.com xəbər verir ki, hadisədən sonra Almaniyanın böyük şəhərlərində fəaliyyət göstərən məscidlərin önünə polis əməkdaşları cəlb edilib. 

Hazırda London, Köln, Vyana və Amsterdam kimi Avropa şəhərlərində yerləşən məscidlərin yerləşdiyi ərazilərdə polis patrulları xidmət aparır. 

Aldığımız məlumata görə, Yeni Zellandiyada terror hadisəsi baş verən saatlarda Avropada yerləşən bütün məscidlərin qarşısında polis postu qurulub, xüsusi təyinatlı polis dəstələri məscid ətrafında avtomobillərdə hazır vəziyyətdə gözləyiblər.

Eyni zamanda Avropa yerləşən bütün məscidlərdə terror qurbanları üçün qiyabi cənazə namazı qılınıb. 

Məlumat üçün bildirək ki, Yeni Zellandiyanın Krist Çürç vilayətində məscidə hücum edərək 49 nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olan İsveç əsilli xristian milliyətçi 28 yaşlı Brenton Tarrant barədə təfərrüatlar üzə çıxıb. Belə ki, terrorçu Brenton hücum etdiyi silahların və özünün görüntülərini sosial şəbəkə hesablarında bu ilin fevral ayından paylaşmağa başlayıb. Radikal xrisitian terrorçu silahının üzərində “cəhənnəmə xoş gəlmisiniz” və səlib yürüşündə iştirak edən tarixi şəxslərin adlarını qeyd edib. 

Xatırladaq ki, buna bənzər hadisə 2011-ci ilin iyulun 22-də Norveçdə milliyətçi xristian terrorçu Anders Breyvik hücumu nəticəsində baş verib. O zaman 77 nəfər (yeniyetmə daxil) ölüb, 151 nəfər isə yaralanmışdı. Norveç məhkəməsi 24 avqust 2012-ci ildə Breyviki psixoloji xəstə hesab edərək ona cəmi 21 il iş vermişdi.