Yunis Cəfərov / AzEuroNews.com / Bakı ➤  Ölkəmizdə müvəqqəti yaşama statusunu olan 74 əcnəbi Azərbaycan Respublikası vətəndaşlığını qəbul edib. AzEuroNews.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. 

Xidmət rəisinin sözlərinə görə, əcnəbilərə vətəndaşlığın verilməsi ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb. 

Vüsal Hüseynov

“Cənab Prezident 74 nəfərin Azərbaycan Respublikasınn vətəndaşlığına qəbul edilməsi ilə bağlı sərəncam imzalayıb, bu şəxslərin bayramlarına yeni bir bayram əlavə edib. Ötən gün Miqrasiya Xidmətində yeni vətəndaşlarımızın andiçmə mərasimi keçirildi və bu şəxslər müvafiq sənədlərlə təmin edildilər. Uğurlu olsun“, deyə Vüsal Hüseynov bidirib.