Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤  Almaniyada qaçqın və miqrantlara qarşı edilən hücumların sayı açıqlanıb. AzEuroNews.com xəbər verir ki, 2018-ci ildə Almaniyada yaşayan qaçqın və miqrantlara qarşı 2 mindən çox irqçi hücum edilib. 

Bu barədə Almaniyanın Federal Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, irqçilər tərəfindən edilən hücumların 775-də birbaşa qaçqın və miqrantlar hədəfə alınıb. Bu zaman 315 qaçqın və miqrant yaralanıb. 

Qalan hücumlar Almaniyada qaçqın və miqrantların yaşadıqları ev və yataqxanalara olub.