Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

Modern.az-ın məlumatına görə, tədbirdə Penitensiar xidmətin Təşkilat-nəzarət idarəsinin rəisi Vüqar Abışov, cəzaçəkmə müəssisəsinin rəisi Mehman Əliyev, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, hüquq müdafiəçisi Səadət Bənənyarlı də iştirak ediblər.

Bu həbsxanadan 1 nəfər – Nardaran hadisələrinə görə həbs edilmiş Zülfüqar Mikayılov azadlığa buraxılıb. Əfv olunaraq azadlığa buraxılan şəxsə arayış təqdim olunub.

Qeyd edək ki, Z.Mikayılov “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavinidir. O, Nardaran hadisələrinə görə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, sərəncam, ümumilikdə, 431 nəfərə şamil ediləcək.