Foto © panorama-news.de
Foto © panorama-news.de


Fərhad Çağtürk / AzEuroNews.com ➤ Almaniyanın paytaxtı Berlində irqçilik əleyhinə kütləvi etiraz aksiyası keçirilib. AzEuroNews.com xəbər verir ki, etiraz aksiyası “İrqçiliyə və faşizmə qarşı çiyin-çiyinə“ şüarı altına baş tutub. 

Yeni Zellandiyada baş verən terror hadisəsini qınayan aksiya iştirakçıları “İslamofobiya deyil, İslam nifrəti“, “Müsəlmanlara qarşı nifrətə son“ kimi şüarlar səsləndiriblər. 

Təxminən 500 nəfərin qatıldığı etiraz aksiyasına Almaniyada fəaliyyət göstərən İslam Federasiyası, Berlin Türk Biriyi təmsilçiləri və Yaşıllar partiyasını Federal Parlamentdə təmsil edən deputat Canan Bayram da dəstək verib. 

Məlumat üçün bildirək ki, martın 21-də bütün Almaniyada “Beynəlxalq İrqçiliklə Mübarizə Günü“nə görə kütləvi etiraz aksiyaları keçiriləcək.