Bakıda Qaradağ-Digah magistral qaz kəmərində sızma olub.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.

Onun sözlərinə görə, gecə saatlarında baş verən güclü qaz sızma səbəbindən təbii qazın verilişi dayandırılıb:

“Gecə saat 01:00-da qeydə alan hadisə nəticəsində Bakının bir hissəsinə – Xətai və Nizami rayonlarına qaz təchizatının verilişi dayandırılıb. Səhər saat 07:00-da yaşanan problem tam olaraq aradan qaldırılıb. Təhlükəsizlik məqsədilə saat 09:00-dan etibarən sözügedən ərazilərdə təbii qazın verilişi bərpa ediləcək”