UEFA “Yuventus”un ulduzu Kriştianu Ronaldoya intizam işi açıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən “Atletiko” (3:0) ilə cavab matçında qeyri-etik hərəkət etməsidir. 

Son qərar isə martın 21-də veriləcək. 

Qeyd edək ki, Ronaldo geridönüş edib iki qarşılaşmanın nəticəsinə görə mərhələ adladıqları matçdan sonra qeyri-etik jest etmişdi. Bununla o, ilk matçda eyni jesti edən “Atletiko”nun baş məşqçisi Dieqo Simeoneyə cavab vermişdi. Simeone bu hərəkətinə görə qitə futbol qurumu tərəfindən 20 min avro civarında cərimələnmişdi.