Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com
Simvol foto © Fərahim İlqaroğlu / AzEuroNews.com


Fərhad Çağtürk / AzEuroNews.com / Köln ➤   Almaniya federal hökuməti “şəxsiyyətini gizlədənləri” və yalan məlumat verənlərlə təzyiqləri artırmağı planlaşdırır. Bu barədə AzEuroNews.com-a Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən məlumat daxil olub.

Federal hökümət hesab edir ki, ölkəsində özünə aid hadisələr haqqında yalan məlumat verənlər deportasiya oluna bilərlər. Əsas kimi sığınacaq üçün müraciət edən bəzi şəxslərin özləri haqqında yalan məlumat vermələri götürülür. Hesab edilir ki, hakimiyyət təmsilçilərinə bu sahədə yeni səlahiyyətlər verilməlidir.

Almaniya Daxili İşlər Nazirliyi sığınacaq axtaran şəxslərin özləri haqqında doğru məlumat vermələrini təmin etmək üçün yeni təzyiq vasitələri tətbiq etməyə çalışır. Bununla bağlı bu ilin aprel ayında Nazirlər Kabinetinin “Sığınacaq axtaranlara nəzarətin gücləndirilməsi və yoxlama prosedurasının daha yaxşı idarə olunması” adlı sənədin qəbul olunması gözlənilir. Həmin sənədə əsasən özü haqqında yalan informasiya verən və ölkədən çıxarılmalı olan şəxslər xüsusi qəbul mərkəzlərində saxlanılmalıdırlar. 
Həmin sənədə görə, saxta sənədlər verən və şəxsiyyətinin müəyyənləşdirilməsi üçün məmurla əməkdaşlıq etmək istəməyən şəxslər şəxsiyyətləri müəyyənləşdirilənə kimi qapalı müəsissələrdə saxlanılmalıdırlar. Həmin sənəd artıq rəy verilməsi üçün digər nazirliklərə göndərilib. 
Layihədə qeyd olunur ki, yetkinlik yaşı tamam olmuş rədd cavabı alan və ölkəni tərk etməmiş şəxslər həmin qəbul mərkəzlərində 18 ay saxlanılmalıdır. Yetkinlik yaşına çatmayan şəxslər və ya uşaqlı ailələr maksimum həmin mərkəzlərdə 6 ay saxlanıla bilərlər. Müstəsna hallar baş verdikdə həmin mərkəzlərdən çıxmaq mümkün olacaq. 

Horst Seehofer / Foto © CSU
Horst Seehofer / Foto © CSU


Federal daxili işlər naziri Horst Seehofer hesab edir ki, özü haqqında saxta məlumat verən şəxslərə dözümlü yanaşma nümayiş etdirilməli deyil. Nazir onların işə götürülməsini də məqsədə müvafiq hesab etmir və düşünür ki, hətta artıq işə götürülmüş şəxslər də işləmək hüququndan məhrum edilməlidir. 
Təqdim olunan layihədə həmçinin qeyd olunub ki, sığınacaq üçün müraciət etmiş şəxslərə yalnız o halda işləməyə icazə verilə bilər ki, həmin şəxslərin dinləmə prosesindən 9 ay keçsin və bu müddətdə BAMF onun müraciətinə cavab verməmiş olsun.