Meksikada baş qaldıran “Nyuton” qasırğası nəticəsində ən azı 2 nəfər ölüb, daha 3 nəfər itkin düşüb.

Associated Press xəbər verir ki, Cənubi Aşağı Kaliforniya ştatında baş verən qasırğa leysan yağışları ilə müşayiət olunub.

Episentrda küləyin ani şiddət sürəti saatda 150 kilometrə çatır.

İki nəfər Ensenada limanı yaxınlığında krevet tutan gəminin çevrilməsi nəticəsində həyatını itirib. Göyərtədə olan digər 3 nəfərdən isə xəbər yoxdur.

Təbii fəlakət nəticəsində Los-Kabos bələdiyyəsinin kurort rayonlarında evlərin şüşələri qırılıb, ağaclar kökündən qopub və elektrik xətlərində problemlər yaranıb.